“Arsenal” “Nyukasıl Yunayted”in futbolçusunu istəyir
“Arsenal” klubu “Nyukasıl Yunayted”in futbolçusunun transferində maraqlıdır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İngiltərə klubu Aleksander İsak üçün 100 milyon avro ödəməyə hazırdır.
“Topçular”ın istədiyi hücumçunun keçid üçün hansı cavab verdiyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, “Arsenal” klubu hücum xətti üçün başqa variantları da nəzərdən keçirəcək.