“Arsenal” Osimhen üçün hərəkətə keçdi

“Arsenal” "Qalatasaray"ın futbolçusu Viktor Osimhen transferi üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, London klubu Osimheni əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Məlumata görə, “Arsenal” rəhbərliyi futbolçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb.

Bildirilir ki, nigeriyalı hücumçunun mümkün transferi klub üçün çox baha başa gələ bilər və ümumi xərclər 200 milyon funt sterlinqə qədər yüksələ bilər.