"Arsenal" "qırmızı şeytanlar"ı xalsız qoydu
İngiltərə Premyer Liqasında 36-cı turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma olub.
Futbolsevərlərin diqqəti Londonun "Emireyts" arenasına yönəlib. "Mançester Yunayted"i qəbul edən "Arsenal" azarkeşlərini sevindirib.
Digər matçda "Liverpul" "Sauthempton"la bacarmayıb.
07 may 2017
Premyer Liqa, 36-cı tur
"Liverpul" - "Sauthempton" - 0:0
"Arsenal" - "Mançester Yunayted" - 2:0
QOLLAR: Qranit Caka, 54 (1:0); Uelbek, 57 (2:0)