"Arsenal" "Real Madrid"ə 80 milyon avro təklif edib
"Arsenal" "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu transfer etmək niyyətindədir.
Sportline.az "Cadena Cer" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro təklif edib.
24 yaşlı futbolçunun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo bu mövsüm çıxış etdiyi 50 matçda 13 qol 10 asistlə yadda qalıb.