"Arsenal" "Real Madrid"ə 90 milyon avro ödəməyə hazırdır
"Arsenal" "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu transfer etməkdə israrlıdır.
Sportline.az "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun "los blankos"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Rodriqo bu mövsüm meydana çıxdığı 52 matçda 14 qol 11 məhsuldar ötürmə müəllifi olub.
O, "Real"a 2019-cu ilin yayında "Santos"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.