"Arsenal" türkiyəli futbolçudan əl çəkmir

"Arsenal" türkiyəli futbolçunun transferində maraqlıdır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İngiltərə klubunun skautları "Fənərbağça"nın son cinah hücumçusu Fərdi Kadıoğlunun performansını izləmək üçün Türkiyəyə gəliblər.

Türkiyə mediası 24 yaşlı utbolçunun mövsüm sonunda "Arsenal"a transfer olunacağı barədə məlumat yayıb.

Qeyd edək ki, "Borussiya Dortmund" klubu da Fərdi Kadıoğlunu transfer etmək istəyir.