"Arsenal" və "Çelsi" brazilyalı futbolçu üçün hərəkətə keçib
"Barselona"nın brazilyalı futbolçusu Rafinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Rafinyanı transfer etmək üçün yarışa girib.
28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinyanın transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.