“Arsenal” və “Tottenhem” klubları transfer yarışına giriblər
“Ayntraxt”ın isveçli futbolçusu Huqo Larsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az futbol jurnalisti Kristian Folkun paylaşımına istinadən xəbər verir ki, “Arsenal” və “Tottenhem” klubları Huqo Larssonu transfer etmək üçün hərəkət keçib.
“Ayntraxt” klubunun rəhbərliyi 20 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Huqo Larssonun “Ayntraxt” klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Huqo Larsson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 3 qol və 1 asistlə yadda qalıb.