"Arsenal" yeni qapıçı axtarışındadır

"Arsenal" klubu yay transfer pəncərəsi dövründə yeni qapıçı transfer etmək istəyir.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, London klubu "Espanyol"un ispaniyalı kiperi Joan Qarsiyanı heyətinə qatmaq istəyir.

24 yaşlı futbolçu üçün İspaniya klubu 30 milyon avro tələb edir. O, cari mövsüm çıxış etdiyi 35 matçda qapısında 47 top görüb.

Qeyd edək ki, Joan Qarsiyanın "Espanyol"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.