"Arsenal" yeni transferini reallaşdırıb
"Arsenal" "Real Sosyedad"ın ispaniyalı yarımmüdafiəçisi Martin Zubimendini heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
"Topçular" bu keçid üçün "Sosyedad"a 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Zubimendi ötən mövsüm meydana çıxdığı 48 matçda 2 qol 2 məhsuldar ötürmə müəllifi olub.