"Arsenal"da islahatlar

“Arsenal” yayda 6 futbolçusunu satmağı planlaşdırır.

Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, bunlar Eynsli Meytlend-Naylz, Edvard Nketia, Lukas Torreyra, Matteo Genduzi, Hektor Belerin və Aleksandr Lakazettdir.

Klub rəhbərliyi sözügedən futbolçuların satışından 120 milyon funt-sterlinq əldə etməyi düşünür. Buna görə də sözügedən oyunçular üçün gələcək təkliflər dəyərləndiriləcək.

Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 10-cu sıradadır.