"Arsenal"dan 70 milyon avroluq transfer

"Arsenal" "Real Madrid"in brazilyalı futbolçusu Rodriqo üçün 70 milyon avroluq təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "Mirror Football" nəşri məlumat yayıb. 

Madrid klubunun rəhbərliyi 24 yaşlı sağ cinah vingerini satmaq niyyətində deyil.

Qeyd edək ki, Rodriqo bu mövsüm meydana çıxdığı 53 matçda 14 qol 10 məhsuldar ötürmə müəllifi olub.

O, "Real"a 2019-cu ilin yayında "Santos"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.