"Arsenal"dan "Beşiktaş"a 10 milyonluq təklif
"Beşiktaş"n futbolçusu Oğuzhan Özyakup "Arsenal"ın hədəfindədir. SportLine.az "Talksport"a istinadən xəbər verir ki, London klubu 25 yaşlı yarımmüdafiəçinin keçidi üçün 10 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bilidirib. Tərəflərin qış transfer pəncərəsində məsələni rəsmiləşdirəcəkləri gözlənilir.
Qeyd edək ki, O.Özyakup 2012-ci ildə "Arsenal"dan "Beşiktaş"a 400 min funt-sterliq müqabilində keçib.