"Arsenal"ı "Barselona"ya dəyişə bilər
"Barselona" "Arsenal"ın qanalı futbolçusu Tomas Partini azad agent kimi transfer etməyi planlaşdırır.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu oyunçunun meneceri ilə təmas halındadır.
Partinin hazırkı dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta 31 yaşlı futbolçunun komandadan getməsini istəmir.
Təcrübəli yarımmüdafiəni ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 4 qol 3 asistlə yadda qalıb.