"Arsenal"ın futbolçusu millidən qovuldu

Qana millisinin futbolçusu Tomas Partey yığmanın düşərgəsindən qovulub.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi komandanın təlim-məşq toplanışına gecikib.

Millinin vitse-kapitanı olan "Arsenal"ın futbolçusunun bu hərəkəti məşqçilər korpusunun narazılığına səbəb olub. Nəticədə o, yığmanın düşərgəsindən kənarlaşdırılıb. Buna görə də futbolçu komandanın növbəti matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Qana millisi Mərakeş və Fil dişi sahili yığmaları ilə yoldaşlıq oyunu keçirəcək.