“Arsenal”ın futbolçusu “Real”ın radarına düşüb

“Real Madrid” klubu “Arsenal”ın brazilyalı müdafiəçisi Qabriyel Maqalayeşi transfer etmək üçün hərəkətə keçib.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid”in rəhbərliyi mövsümün sonunda Maqalayeş üçün “Arsenal”a rəsmi təklif göndərəcək.

“Arsenal” Qabriyelin transfer dəyərinin 80 milyon avro olduğunu açıqlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.