"Arsenal"ın Rodriqo sevdası davam edir
"Arsenal" "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu transfer etməkdə israrlıdır.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubu Rodriqo üçün 100 milyon avro ödəməyə hazırdır.
Klub rəhbərliyi 24 yaşlı futbolçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Xabi Alonso Rodriqonun komandadan ayrılmasını istəmir.