"Arsenal"ın sabiq futbolçusu baş məşqçi oldu
İngiltərə millisi və "Arsenal"ın baş məşqçisi Cek Uilşir futbol karyerasını baş məşqçi kimi davam etdirəcək.
Sportline.az xəbər verir ki, o, "Norviç"in "sükanı arxasına keçib".
Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
32 yaşlı mütəxəssis son iki ildə "Arsenal"ın 18 yaşadək futbolçularından ibarət komandanı çalışdırırdı.
Qeyd edək ki, Uilşir "Norviç"in istefaya göndərilən baş məşqçisi Yoxannes Torupu əvəzləyib.
"Norviç" hazırda 17 xalla Çempionşipdə 7-ci pillənin sahibidir.