Arteta isveçli ulduzu komandasında görmək istəyir
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Gyökeresin transferini rəhbərliktən tələb edib.
Portuqaliya klubunun rəhbərliyi 26 yaşlı hücumçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub.