Arteta: “O bizimlə qalacaq”

“Arsenal”ın ispaniyalı çalışdırıcısı Mikel Arteta jurnalistlərə müsahibəsində brazilyalı futbolçu Qabriel Jesus haqqında danışıb.

Sportline.az “Standard” nəşrinə istinadən xəbər verir ki, Arteta Qabrielin klubdan ayrılmayacağını söyləyib.

“Qabriel Jesus bizim üçün önəmli fiqurdur. O bizimlə qalacaq. Haqqında çıxan xəbərlərin hamsı yalandır”, - deyə Arteta bildirib.

Qeyd edək ki, Jesusun “Arsenal”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 1 qol və 1 asistlə yadda qalıb.