Arteta Rodriqo ilə bağlı suallara aydınlıq gətirib
”Arsenal”ın baş məşqçisi Mikel Arteta Rodriqo transferi ilə bağlı iddialara dair açıqlama verib.
Sportline.az xəbər verir ki, Arteta açıq şəkildə etiraf etməsə də, komandanın böyük transferdə iddialı olduğunu söyləyib:
”Dəqiq bir ad açıqlamayacağam, amma artıq komandamızı böyük titullar uğrunda mübarizə aparan səviyyəyə çatdırmışıq. Fərqli mövqelər üçün transfer işləri aparacağıq. Gələn mövsüm mütləq şəkildə böyük bir kubok qazanmalıyıq” - deyə Mikel Arteta bildirib.