Arteta Saka ilə bağlı açıqlama verib
“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçusu Bukayo Saka barədə məlumat verib.
Sportline.az xəbər verir ki, təcrübəli çalışdırıcı Sakanın zədəsi ilə bağlı verilən suallara belə cavab verib;
“Saka bu gün bizlə məşq etdi. Bazar günü meydanda olacaq ya olmayacaq onu bilmirəm. O bizim üçün vacib fiqurdur. Komandanın önəmli futbolçularında biridir. “Liverpul” ilə matçda çıxış etməsi çox istəyirəm. Sakanın vəziyəti tam olaraq matç günü bəlli olacaq”, - deyə M.Arteta bildirib.
Qeyd edək ki, “Arsenal” – “Liverpul” matçı 27 oktyabr saat 16:30-da başlayacaq. Görüşü 46 yaşlı hakim Entoni Teylor idarə edəcək.