Artetanın Rodriqo israrı davam edir

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Rea"ın brazilyalı ulduzu Rodriqonu transfer etməkdə israrlıdır.

Sportline.az jurnalist Mario Korteqanın məlumatına istinadən xəbər verir ki, Rodriqo üçün "Arsenal" 100 milyon avroluq transfer təklifi hazırlayır.

24 yaşlı sağ cinah vingeri ötən mövsüm meydana çıxdığı 51 matçda 14 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.