"ASCO Arena"nın tribunalarında işğal altında olan rayonların adları

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Səbail”lə - “Keşlə” oyunu üçün xüsusi hazırlıq görülüb.
 
Sportline.az xəbər verir ki, “ASCO Arena” stadionunun tribunalarına işğal altında olan rayonların adları həkk olunub.
 
Komandalar meydana “Şəhidlər ölməz, Vətən bölünməz” pankartı ilə çıxıb. Bunun ardından dövlət himni səslənib.
 
Qeyd edək ki, turun digər matçında “Qarabağ” – “Qəbələ” ilə qarşılaşacaq və oyun 16:00-da başlayacaq.