Asif Məmmədovun son durumu

“Qəbələ”nin kapitanı Asif Məmmədov əməliyyat olunub.

Sportline.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin axil vətərində yırtıq aşkarlanıb.

Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la görüşdə zədələnən futbolçu üçün mövsümü bitmiş saymaq olar.

Qeyd edək ki, “Qəbələ” sözügedən oyunda “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub.

Banner