Asiya Çempionlar Liqasında bu gün

Asiya Çempionlar Liqasında 1-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində bu gün 2 oyun keçirilib.

Doğma meydanda "Kavasaki Frontale" ilə qarşılaşan "Ulsan HD" rəqibinə 0-1 hesabı ilə məğlub olub.

Digər görüşdə "Şanxay Port" öz meydanında "Johor DT" ilə 2-2 hesablı heç-heçəyə razı olub.

Qeyd edək ki, 2-ci turun oyunları sentyabrın 30-da və oktyabrın 1-2-də keçiriləcək.