"Aston Villa"dan yeni transfer həmləsi

"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres "Aston Villa"nın transfer hədəfinə çevrilib.

Sportline.az jurnalist Fernando Polonun məlumatına istinadən xəbər verir ki, "Aston Villa" F.Torres üçün Kataloniya klubuna 30 milyon avro təklif edib.

25 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ferran Torres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 19 qol 7 məhsuldar ötürmə müəllifi olub.