"Aston Villa"nın Kenan israrı davam edir
"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız "Aston Villa"nın maraq dairəsindədir.
Sportline.az "BirminghamLive" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" klubu Kenan üçün "Yuventus"a 45 milyon avro ödəməyə hazırdır. İtaliya klubunun rəhbərliyi isə bu təklifi dəyərləndirəcək.
Kenanın "Yuventus"la hazır ki müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 4 qol və 2 asistlə yadda qalıb.