"Atalanta" rusiyalı oyunçusu ilə vidalaşıb

"Atalanta" MLS klublarından "Atlanta"ya transfer olunan rusiyalı futbolçu Aleksey Mirançukla vidalaşıb.

Sportline.az xəbər verir ki, İtaliya klubunun mətbuat xidmətindən verilən açıqlamada "Aleksey Mirançukun "Atlanta"ya keçidi rəsmləşdi.Ən yaxşı arzularla.Lyoşa, sənə də hər şeyə görə təşəkkürlər" bildirilib.

Amerika klubu 28 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

Transfermark portalına görə transfer məbləği 12 milyon avro təşkil edib.

Qeyd edək ki, Mirançuk "Atalanta"nın heyətində ümumillikdə çıxdığı 98 oyunda 13 qol vurub, 19 asist edib.