“Atalanta”nın futbolçusu “Mançester Siti”nin radarındadır

“Atalanta”nın brazilyalı futbolçusu Ederson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Calcio Mercato” qəzetinə istinadən xəbər verir ki, “Mançester Siti” klubunun rəhbərliyi yanvar ayında Ederson üçün “Atalanta”ya 45 milyon avro ödəməyə hazırdır.

Lakin “Atalanta” klubunun rəsmiləri Ederson üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Edersonun “Atalanta” klubu ilə hazır ki müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.