"Atalanta"nın oyununda 8 qol

İtaliya çempionatının 33-cü turunda “Atalanta” “Breşiya”nı qəbul edib.

Sportline.az xəbər verir ki, meydan sahiblərinin üstünlüyü ilə keçən görüşün ilk hissəsində 5 qol vurulub. Berqamo təmsilçilərindən Mario Paşaliç hesabı açıb.

Çox keçmədən qonaqlardan Ernesto Torreqrossa tarazlığı bərpa edib. Hücumlarını daha da gücləndirən “Atalanta” futbolçuları fasiləyədək daha 3 qol vurublar. Marten de Ron, Ruslan Malinovski və Duvan Sapata hərəyə bir dəfə fərqlənib. 4-1.

İkinci yarıda da təşəbbüsü əldən verməyən meydan sahibləri daha 2 qol vurublar. Paşaliç het-trik edib. “Breşia”dan Nikolas Şpalek isə mübarizəyə nöqtə qoyub. 6:2 hesabı ilə qalib gələn “Atalanta” 70 xalla ikinci pilləyə yüksəlib.