Atatürk haqqında paylaşım edən futbolçu komandadan uzaqlaşdırıldı
"Panatinaikos"un futbolçusu Samet Akaydın sosial mediya hesabından Atatürk haqqında paylaşım etdiyinə görə heyətdən kənarlaşdırılıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçunun 19 may Atatürkü anma, Gənclik və İdman bayramı ilə etdiyi paylaşım Yunanıstanda böyük səs -küyə səbəb olub.
"Panatinaikos" Səməd Akaydından sözügedən yazının silinməsini istəsə də, müdafiəçi bu paylaşımı silməkdən imtina edib.
Bundan sonra paytaxt klubu Sameti heyətdən uzaqlaşdırıb.
Qeyd edək ki, Samet Akaydın qışda "Fənərbağça"dan heyətə cəlb olunmuşdu.