"Atletiko" "Bayer"ə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna bu gün start verilir.
Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Vanda Metropolitano” stadionunda “Bayer Leverkuzen”lə münasibətləri aydınlaşdıracaq.
Meydan sahiblərində əsas itki Aleksander Sörlot və Rodriqo Rikelmenin yoxluğudur.
“Bayer”də isə Amin Adli, Martin Terrier və Viktor Bonifeys baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti gecə yarısı 12-də səslənəcək görüşü italiyalı Davide Massa idarə edəcək.