"Atletiko" fransalı oyunçunu gündəminə alıb
PSJ-nin fransalı hücumçusu Randal Kolo Muani karyerasını La Liqada davam etdirə bilər.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Atletiko" Madrid komandadan ayrılacağı gözlənilən Moratanın yerini 25 yaşlı hücumçu ilə doldurmaq istəyir.
Xəbərdə bildirilir ki, Kolo Muani bu yay Madrid klubunun əsas hədəflərindən biridir.
Bu keçidin reallaşmayacağı təqdirdə paytaxt klubunda diqqətlər "Jirona'nın hücumçusu Artem Dobvikə yönələcək.
Qeyd edək ki, Kolo Muani PSJ ilə debüt mövsümündə 44 oyuna çıxıb.Oyunçu bu görüşlərdə 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.