“Atletiko Madrid” ispaniyalı futbolçu ilə bağlı qərar verib

"Atletiko Madrid" ispaniyalı futbolçusu Pablo Barrios ilə bağlı qərar verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Barrios "Atletiko Madrid"lə 2030-cu ilin yayına qədər yeni müqavilə imzalayıb.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 40 matçda 1 qol 4 asistlə yadda qalıb.

Qeyd edək ki, P.Barrios "Real Madrid"in yetirməsi sayılır.

Onun hazırkı dəyəri 50 milyon avro olaraü qiymətləndirilir.