"Atletiko Madrid" "Milan"a 20 milyon avro təklif edib

"Atletiko Madrid" "Milan"ın fransalı futbolçusu Teo Hernandez üçün rəsmi təklif göndərib.

Sportline.az jurnalist Rudi Qalettinin məlumatına istinadən xəbər verir ki, Madrid klubu Teo üçün 20 milyon avro təklif edib.

Lakin "Milan" bu təklifi qəbul etməyib. "Rossoneri" 27 yaşlı futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Teo Hernandezin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.