“Atletiko” “Milan”a təklif göndərib
"Atletiko Madrid" "Milan"ın fransalı futbolçusu Teo Hernandezi heyətinə qatmaq niyyətindədir.
Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, Madrid klubu Teo Hernandez üçün "Milan"a təklif göndərib.
Bu keçid üçün "Atletiko" qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Teo Hernandez ötən mövsüm çıxış etdiyi 49 matçda 5 qol 6 asistlə yadda qalıb.