"Atletiko" "Tottenhem"ə 55 milyon avro ödəməyə hazırdır
"Atletiko Madrid" "Tottenhem"in argentinalı futbolçusu Kristian Romero üçün 55 milyon avro ödəməyə hazırdır.
Sportline.az jurnalist Ruben Uriyanın məlumatına istinadən xəbər verir ki, London klubu bu təklifə müsbət yanaşır.
27 yaşlı futbolçu "Atletiko Madrid"ə keçməyə razılıq verib. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Romero "Tottenhem"ə 2022-ci ilin yayında "Atalanta"dan 52 milyon avro qarşılığında transfer olunmuşdu.