"Atletiko" və "Napoli" transfer yarışına girib

"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyes mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Sunday Express" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" və "Napoli" D.Nunyesi heyətinə qatmağı düşünür.

25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Darvin Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.