"Atletiko" yeni hücumçu axtarışına çıxıb

"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyes "Atletiko Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, Nunyesə görə "Liverpul" ən azı 50 milyon avro tələb edir.

25 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 47 matçda 7 qol 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Darvin Nunyes "Liverpul"a "Benfika"dan 85 milyon avro qarşılığında transfer olmuşdu.