"Atletiko"dan transfer bombası

"Atletiko Madrid" yayda heyətini ulduz futbolçu transfer etmək istəyir.

Sportline.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, "İnter"in argentinalı futbolçusu Lautaro Martinez əsas hədəf kimi göstərilir.

Madrid klubunun rəhbərliyi bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Lautaro Martinez Çempionlar Liqasının finalından sonra gələcəyi ilə bağlı açıqlama verəcək.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda rəqib qapılarından 22 top keçirib.

Xatırladaq ki, L.Martinez "İnter"ə "Rasinq" klubunda transfer olunub. Nerazzuri 27 yaşlı futbolçu üçün 25 milyon avro ödəyib.