"Atletiko"nun yetirməsi Rusiya 2-ci liqasında
Rusiya 2-ci liqasında çıxış edən "SKA Xabarovsk" klubu ispaniyalı futbolçu Borxa Martinezi heyətinə qatıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Oyunçu "Atletiko" Madrid klubunun yetirməsidir. O, UEFA Gənclər Liqasının oyunlarında meydana çıxıb və Dieqo Simeonenin rəhbərliyi altında əsas komanda ilə məşqlərə cəlb olunub.
Martinez ötən mövsümü İspaniyanın "Gimnastik" klubunda keçirib.
Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl "Atletiko Baleares", "Xetafe B", "Pontevedra", "Kastelyon" və "Loqrones" klublarında oynayıb.