"Atletiko"ya 1 qol kifayət etdi

"Atletiko" La Liqada növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 33-cü turda "Elçe" ilə qarşılaşıb. Görüş "Atletiko"nun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Markos Llorente vurub.

Qeyd edək ki, "Atletiko" hazırda turnir cədvəlində 73 xalla liderdir. "Elçe" isə 30 xalla 18-cidir.