AVRO 2020: Avstriya Şimali Makedoniyaya qalib gəldi
Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.
Sportline.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.
Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.