AVRO-2020: Bakıdakı millilərin proqramı məlum oldu

Futbol üzrə Avropa çempionatı üçün Bakıya gələn Uels və İsveçrə yığmalarının proqramı açıqlanıb.

Sportline.az xəbər verir ki. AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, Uels seçməsi "Hilton" otelində, İsveçrə isə "Bilgah Beach Hotel"də məskunlaşıb.

Britaniya təmsilçisi məşqlərini Tofiq Bəhramov adına Respublika Stadionunda, digəri isə "Dalğa Arena"da keçəcək.

Türkiyə yığması isə iyunun 12-də Bakıya gələcək. "Ay-ulduzlular" "Fairmont Bakü Flame Towers"də qalacaq, məşqlərini isə "Bakcell Arena"da gerçəkləşdirəcək.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.