AVRO 2020: İspaniyadan xal itkisi, Çexiya və Slovakiyadan qələbə

Avro-2020-nin qrup mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, 4-cü oyun günündə daha 3 görüş keçirilib. 

D qrupunda Şotlandiya Çexiya ilə qarşılaşıb. Oyun çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. E qrupunda isə Polşa Slovakiya ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Qrupun digər oyununda İspaniya İsveçlə qarşılaşıb. İspanlar rəqibinin müqavimətini qıra bilməyib və matç qolsuz başa çatıb. 

Avropa çempionatı

1-ci tur

E qrupu

23:00. İspaniya - İsveç - 0:0
Baş hakim:
 Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Estadio La Cartuja" stadionu
 

20:00. Polşa - Slovakiya - 1:2
Qollar: 
Şensnı, 18-avtoqol (0:1), Linetti, 46 (1:1), Şkrinyar, 69 (1:2)
Qırmızı vərəqə: Krıxovyak, 62-iki sarı vərəqə (Polşa)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu