AVRO-2020: Canni De Byazinin favoritləri
Milli komandamızın baş məşqçisi Canni De Byazi Avropa çempionatındakı favoritlərini açıqlayıb.
Sportline.az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya, İngiltərə, Fransa və Belçikanı fərqləndirib. İtaliyalı baş məşqçi İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə yendiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb.
De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı "dubl" müəllifi Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.
Baş məşqçinin fikrincə, İtaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı əsas tutaraq, bununla kifayətlənməmək və müəyyən hesablamalar aparmamaq lazımdır: "İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır" (report).