AVRO 2020-də daha bir dəhşətli hadisə

Avro-2020-nin D qrupunda bu gün keçirilən İngiltərə - Xorvatiya oyununda (1:0) qorxunc hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, "Uembli" stadionunda azarkeşlərdən biri ağır xəsarət alıb.

O, oyunun əvvəlində tribunadan yerə yıxılıb. Başı yerə dəyən fanat huşunu itirib. İlkin tibbi yardım göstərilən azarkeş ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onun son durumu haqda məlumat verilməyib.