AVRO 2020: Dəhşətli hadisədən sonra Finlandiya qalib gəldi
Avropa çempionatının B qrupunda maraqlı nəticələr qeydə alınıb.
Sportline.az xəbər verir ki, əvvəlcə, Danimarka millisi Finlandiya seçməsilə qarşılaşıb. Başa-baş gedən mübarizənin 43-cü dəqiqəsində dəhşətli hadisə yaşanıb. Danimarka kollektivinin heyətindən Kristian Eriksen qəfildən huşunu itirərək yerə yıxılıb və matçın baş hakimi qarşılaşmanı dayandırıb.
Təxminən 2 saata yaxın davam edən fasilədən sonra matç qaldığı yerdən davam etdirilib. İkinci hissədən sonra daha dəqiq oynayan finlər hesabı açıblar. 60-cı dəqiqədə Yoel Pohyanpolo rəqib qapısına yol tapıb. Geri düşən danimarkalılar tarazlığı bərpa etməyə yaxın olublar. Lakin Pyer-Emil Höyberq penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, Finlandiya seçməsi minimal hesabla qalib gəlib.