AVRO 2020: Ev sahibləri üçün əlavə vaxt

UEFA Avro-2020-nin matçlarına azarkeş buraxılmasına görə təminat təqdim etməyən ev sahibi şəhərlərə əlavə vaxt verib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Dublin, Münhen və Bilbao ilə danışıqlar hələ yekunlaşmayıb.
 
Əvvəlcə UEFA təminatın üçün son tarixi bu günə planlaşdırsa da, qitənin ali futbol qurumu ev sahiblərinə daha 4 gün vaxt verib.

Avro-2020 11 iyundan-11 iyuladək 12 şəhərdə keçiriləcək. Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək

Qeyd edək ki, Bakı UEFA-ya Olimpiya stadionunun tututmunun 50 faizi nisbətində azarkeşin buraxılacağına təminat verib.